Thursday 6 October 2011

Volfqanq Amadeus Motsart

Şəkil:Wolfgang-amadeus-mozart 2.jpgVolfqanq Amadeus Motsart (Wolfgang Amadeus Mozart) (27 yanvar 1756, Salzburq - 5 dekabr 1791, Vyana) - dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri.
Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, klavesin və orqan ifaçısı və dirijor da olmuşdur. Müasirlərinin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur.
Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestralarının konsert reperturlarının ayrılmaz parçasını təşkil edir.
Volfqanq Amadeus Motsart o dövrlər Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Motsartların ailəsində dünyaya göz açmışdır. Motsartın özündən savayı sağ qalmiş “Nanerl” Mariya Anna adlı bacısı da olmuşdur. Motsart doğumundan bir gün sonra Müqəddəs Rupert kilsəsində xaç suyuna salınmışdır. Bu mərasimdə körpəyə latın formasında olan Joaness Chrysostomus Wolfgangus Theophilus Mozart adı verlimişdir. Motsart isə özünü sonralar “Volfqanq Amade Motsart” kimi adlandırılmağı üstün tutmuşdur.
Motsartın atası Leopold Motsart Salzburq axriyepiskop sarayıının kapelmeyster müavini və bəstəkar idi. O həmçinin təcrübəli müəllim olmuş və oğlunun doğum ilində "Versuch einer gründlichen Violinschule" adlı skripkada ifaya dair əsər nəşr etdirmişdir.
Qızı Nannerlin yeddi yaşı olanda Leopold ona klavişdən dərslər verməyə başlayır. Üç yaşlı Volfqanq bu musiqi alətinə heyrətlə tamaşa edərdi. Sonrlar bacısı xatirələrində Volfqanqın bu yaşda klavişə ifanı öyrənməyə bağlandığını və günün əksər hissəsini ona sərf ediridi. Bacısı sonralar deyirdi : “ Dörd yaşında atamız onu əyləndirmək naminə ona klavişdə bir-iki parça ifa etməyi öyrədərdi....Körpə bir qədər sonra bu parçaları heç bir səhvə yol vermədən və böyük nəfislikə ifa edirdi. Beş yaşında isə o özü kiçik parçalar bəstələməyə başladı və atamız heyrət içində onları nota yazırdı. Belə erkən əsərli arasıdan Andante (K. 1a) və Allegro C-də (K. 1b) var idi." Morsartın bioqrafı olmuş Meynard Solomon Leopoldun uşaqlarına sidqi-ürəklə dərs verməsinə baxmayaraq balaca Volfqanq atasının öyrətdiklərindən də uzaqlara getməyi qərarlaşdır. Atası körpəsinin inanılmaz fitri istedadına və yaratdığı xarüqələrə sevindiyindən göz yaşlarını saxlaya bilmirdi. Nəticədə körpəsinin ilahi istedadı qarşısında atası bəstəkarlıqdan əl çəkir. Və özünü uşaqlarına dil və digər fənnlərdən dərs deməyə həsr edir.
Motsartın uşaqlıq illərində ailəsi Avropa boyu bir neçə səyahətlər etmiş və Leopold Motsart bu səyahətlərdə uşaqlarının istedadını nümayiş etdirmişdir. İlk belə nümayiş Münhendə Bavariya elektor sarayında baş tutur. Növbəti belə bir konsert həmin il Vyana kral sarayında və Praqada keçirilir. Uzun konsert turları düz üç il yarım davam edir və ailəni Münhen, Manheym, Paris, London, Haaqa və yenidən Paris kral saraylarına gətirib çıxarır. Geriyə Vyanaya döndükdə Motsartlar ailəsi Zürix və Donoşingen şəhərlərindən də keçirlər. Bu səfərlər zamanı Motsart çox sayda musiqiçilərlə görüşür və onların əsərləri ilə tanış olur. Belə yaddaqalan görüşlərdən biri də 1764-64 –c illərdə Londonda olarkan Yohan Xristian Baxla görüş olur. Motsartlar ailəsi 1767-ci ilin sonunda yenidən Vyanaya dönür və 1768-ci ilin dekabr ayına kimi burada qalırlar. Bu səyahət zamanı Motsart çiçək xəstəliyinə tutulur, lakin atası oğlunu peyvend edilməsinə qəti etiraz edir və bunu Allahın iradəsi sayır.
Salzbuqrda keçən bir ildən sonra növbəti illəri İtaliyaya üç səfərə çıxırlar. Lakin bu dəfə yalnız Motsart və atası səfərə yollanırlar. Bu səfərlər 1769-cu ilin dekabrından 1771-ci ilin martına, 1771-ci ilin avqustundan dekabrına qədər və 1771-ci ilin oktyabrından 1773-cü ilin martına qədər davam edir. İtaliyaya ilk səfər ilkin səyahətləri xatırladır. Bu səfərlərdə məqsəd artıq yeniyetməlik illərinə qədəm qoymuş Motsartın ifaçı və sürətlə inkişaf edən bəstəkar kimi qabiliyyət və istedadını nümayiş etdirmək idi. Motsart Boloniyada G.B. Martni ilə görüşür və məşhur Accademia Filormonica-ya uzv qəbul olunur. Romada Sistine kilsəsində Gregorio Aleggrininin Miserere əsərini görür və onu əzbərləyərək sonradan kağız üzrəirnə köçürür. Bununla Motsart Vatikanın ən ciddi şəkildə mühafizə etdiyi əsərinin ilk qeyri-qanuni sürətini çıxarır.[1]
Milanda Motsart Mitridate Re di Ponto adlı operanı müvəffəqiyyətlə nümayiş etdirir. Bu operadan sonra Motsarta opera yazmaq sifarişləri daxil olur və Leopold və Volfqanq iki dəfə Ascano in Alba (1771) və Lucio Silla (1772) operalarını bəstələmək və premyerasında iştirak etmək üçün Salzburdqan Milana qayıdırlar.
İtaliyaya sonuncu səfərinin sonlarında Motsart “ Exsulate jubilate”, K. 165 solo kontatasını yazır.
Motsart 1791-ci ildə imperatorun Praqada tac-qoyma mərasimi ilə bağlı şənliklərdə nümayiş etdirilən La clemenze di Tio operasının 6 sentyabr premyerasında xəstələnir. O bir müddət vəzifəsindən öhdəsindən gələ bilir, Motsart “Sehrli Fleyta” əsərinin sentyabrın 30-u premyerasında dirijorluğun öhdəsindən gəlir. Lakin xəstəliyi noyabrın 20-dən etibarən çiddiləşmyə başlayır. O artıq yataq şəraitinə keçmək məcburiyyəti qarşısında qalır, köpmə, ağrılar və intensiv qusmadan əziyyət çəkir. Motsarta bu vaxt həyat yoldaşı Kontanza, onun kiçik bacısı Sofi və ailə həkimi Tomas Franz Kloze qulluq edirdilər. Onun xəstəliyinin belə ağır bir vəziyyətində Rekviyemi tamamlamağa cəhd etməsi barədə dəlillər var. Lakin onun bunu Süsmeyerə diktə etməsi barədə söhbətlər ağlabatan səslənmir.
Motsart dekabr ayının 5-i gecə saat 1-də keçinir. Onun dəfn mərasimi belə təsvir olunur: “ Motsart dekabrın 7-si o dövr Vyanada mövcüd olan adər-ənənələrinə uyğun olaraq adı bir qəbirdə, şəhər kənarındakı Müqəddəs Mark qəbirstanlığında dəfn olunur.” Sonralar onun dəfnində heç kəsin iştirak etməməsi barədə söylənən fikirlər həmin dövrdə Vyanada dəfn mərasimlərinin keçirilməsi adətlərinə uyğun gəlir. Sonralar Yan (1856-cı ildı) dəfn mərasimində Salyeri, Süsmeyer, van Sviten və digər iki musiqiçinin də iştirak etməsini yazırdı. Dəfn günün qarlı- çovğunlu keşməsi barədə söylənilənlər yalnışdılar,həmin hava gün sakit və mülayim olmuşdur.
Şəkil:Wolfgang Leopold Nannerl.jpgMotsartın ölüm səbəbini yəqinliklə təyin etmək mümkün olmamışdır. Ölümü barədə rəsmi sənədlərdə "hitziges Frieselfieber" ( “kəskin miliar qızdırması”, darı toxumu rəngində səpgiyə işarə olunur) kimi xəstəliyin əlamətləri təsvir olunur. Bu cür təsvir isə xəstəliyin səbəbini müəyyənləşdirməyə kifayət etmir. Səbəb kimi isə onlara fərziyə irəli sürülmüşdür: trixinellyoz, zökəm, zəhərlənmə və nadir böyrək xəstəliyi O dövr təbabətində adi hal almış xəstələrdən çoxlu miqdarda qan alma kimi müalicə metodu da ölümü sürətləndirə biləcək səbəb saylır. Lakin ən geniş qəbul olunmuş versiya Motsartın kəskin revmatizmdən ölməsidir. Belə ki, uşaqlıqda da Motsartın üç-dörd dəfə revmatimzin ağrılarından əziyyıt çəkmişdir. O da məılumdur ki, revmatizm vaxtaşırı təkrarlanan və hər tutmanın özündən sonra şiddətli infeksiya və ürək klapanlarını zədələmək kimi ciddi fəsadlar qoyması məlumdur.
Motsartın sakit dəfn mərasimi onun cəmiyyətədə bəstəkar kimi tutduğu mövqeyi heç cür əks etdirmir. Ölümündən sonra Vyana vı Praqada xatırəsinə həsr olunmuş konsertlər daha böyük kütlələri cəlb etmişdir. Həqiqətən də, ölümündən sonra bəstəkarın şöhrəti görünməmiş bir tərzdə artır. Solomon bu dövrdə Motsartın əsələrinə qarşı “görünməmiş entuziamsmin” baş qaldırdlğını yazır. Bəstəkar haqqında avtobioqrfiyalar ərsəyə gəlir və müəlliflər onun yarımçıq qalmiş əsərlərini tamamlamaq uğrunda rəqabətə girişirlər.

No comments:

Post a Comment