Thursday 6 October 2011

İohann Sebastyan Bax (Johann Sebastian Bach) (21 mart 1685, Eyzenax - 28 iyul 1750, Leypsiq) - dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri.
Mindən artıq musiqi əsəri yaratmışdır. Yaradıcılığında opera istisna olmaqla o dövrün bütün məlum musiqi janrlarına müraciət etmiş, Barokko musiqisinin inkişafına əvəzsiz töhvələr vermişdir. Bax həmçinin çoxsəsli (polifonik) musiqinin "atası" sayılır. Dahi bəstəkarın ölümündən sonra qoyub getdiyi zəngin musiqi irsi bir müddət diqqətdən kənarda qalır. XIX əsrdə digər dahi alman bəstəkarı Mendelson Baxın musiqisini yenidən "kəşf edir".
Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir.
İntellektual zənginliyi, texniki mükəmməlik və bədii gözəlliyi ilə seçilən Bax musiqisindən Brandenburq konsertləri, Goldberq variasiyaları, İngilis süitaları, Fransız süitaları, Klavira üçün partitalar, B minorda Mass, Müqəddəs Matfeyanın ehtirasları, Fuga sənəti, Skripkada solo konsert üçün sonata və partitalar, vialençeldə ifa üçün süitalar, 200-dən artıq kontata və eyni sayda orqan musiqi əsərlərini misal göstərmək olar.
İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyiridlər.
Əmilərindən biri İohann Kristof Bax (1645-1693) xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir. Bax ailəsinin musiqi nailiyyətləri ilə fəxr edir və sonralar (1735-ci ildə) özünün "Musiqiçi Bax ailəsinin mənşəyi" adlı əsərini yazır.
Şəkil:Bach.jpgBaxın anası 1694-cü ildə vəfat edir. Bundan səkkiz ay sonra isə atası da dünyadan köçür. On yaşlı Bax böyük qardaşı, qonşu Ohrdruf şəhərində orqanist kimi çalışan İohann Kristof Baxın (1671-1721) himayəsi altına keçir.[1] Burada Bax qardaşından qiymətli musiqi dərsləri alır. Qardaşı onu Cənubi alman musiqi məktəbinin İohann Paxeıbel və İohann Yakob Forberger kimi simalarının, eləcə də Şimalı alman musiqi məktəbinin, fransız musiqi məktəbinin Jan Baptist Lüli, Luis Merşan, Marin Mare kimi musiqiçilərinin və italyan musiqiçisi Gorolamo Freskobaldi və digərlərinin yaradıcılığı ilə yaxından tanış edir.
14 yaşında Bax məktəb yoldaşı Georq Erdmanla birgə o vaxtlar Müqəddəs Roman imperiyasının ən böyük şəhərlərindən biri olan Hamburq şəhəri yaxınlığındakı Lüneburq şəhərciyində yerləşən nüfuzlu Müqəddəs Mixayel məktəbində təhsil almaq imkanı əldə edir. Burada keçirdiyi iki il Baxın həyatında və musiqi yaradıcılığında dönüş nöqtəsi rolunu oynayır və bəstəkara Avropa musiqisi ənənələri ilə daha yaxından tanış olmaq imkanı verir. Kapella xorunda ifa etməklə yanaşı o məktəb orqanında da ifa edir. Bu məktəbdə oxuduğu illərdə fransız və italyan dilləri, eləcə də din, tarix, coğrafiya, fizika və Latın dillərindən də müfəssəl təhsil alır. O həmçinin Almaniyanın şimal əyalətlərindən diplomatiya, dövlətçilik və hərb sahələri üzrə təhsil almaq üçün gəlmiş zadəgan övladları ilə tanış olur, Lünburq şəhərinin adlı-sanlı orqanistləri, xüsusilə də Georq Böhmlə münasibət qurur, Yohan Adam Rinken və Nikolau kimi o dövrün nüfuzlu musiqiçiləri ilə tanış olmaq məqəsədilə Hamburqa səfərlər edir. Bu musiqiçilərlə olan əlaqələri onun bir bəstəkar kimi püxtələşməsinə əhəmiyyətli təsir göstərir. Ehtimal olunur ki, məhz bu dördə Bax alman orqan musiqiçilərinin, xüsusilə Ditrix Buxtehudun əsərləri və bu musiqiçilərin musiqi nəzəriyyəsinə dair əlyazmaları və traktatları ilə tanış olur.
1723-cü ildə Bax Leypçiqdə Thomaskirche (Müqəddəs Tomas lüteran kilsəsi ) yaxınlığımndakı Thomasschule-nin (Müqəddəs Tomas mıktıbi) kantoru, eləcə də çəhərədki bütün əsas kilsəslərin musiqi direktoru vəzifəsinə təyin olunur. Bu Saxoniyanın aparıcı ticarıt şəhərində kifayıt qədər nüfuzlu vəfizə sayılırıdı. Arnstada və Mülhauzenə qısamüddətli sıfərləri nəzərə alınmasa bu Baxın karyerasında ilk höküməy işi idi. Baxın ömrünün sona qədər 27 illik bu vəzifəsi onu tabeliyind işlədiyi Leypçiq şəhər bəl\diyyəsinin siyası intrialarını görməyə imkan verir. Belə ki, şəhər b\ldiyyəsi iki fraksiyadan ibarət idi: Drezdendə oturan Saksoniya monarxın Güclü Auqustusun qatı tərəfdarları olan mütləqiyyətçilər və şəhərin tacir sinfinin, sənətkarlar və kişik zadəganların marağını qoruyan Şəhər-Dövlət fraksiyası. Bax isə tıyin lunduğu vəzifəyə monarxistlər tərəfindən namizəd kimi irəli sürülmüşdür, xüsusilə də əvvələr Drezden saratyında hüquqçünas içləmiş Leypmiq şəhər meri Gotleb Lanj onun namizədliyini dəstələmişdir. Baxın tıəyinatına razılıq müqabilində anti-mütləqiyyətçilər Müqəddəs Tomas məktəbinəı nızarəti ələ keçirirlər və Baxdan iş şəraiti ilə bağlı bəzi gezəştlərə getmık olunur. Baxmyaraq ki, şəhər bələdiyyəsində Baxın musiq dühasına heş kim şübh etmirdi, bununla belə pzünü şəhər kilsə musiqsinin rəhəbri kimi aparan Baxla özünü mıktəb yiyələri kimi görən və Kantorun musiqi təsirlərini azaltmaq istəyən bələdiyyə arasınad davamla gərginliklər yaşanır. Çəhər bələdiyyəsi Lanjın Baxa ildə 1000 telerlik məvacibini heç vaxt bəyənməmiş, əvəzində Bax bir qədər az əm\khaqqı və məktəb binasınn 1732-ci ildə olduqca baha başa gələn təmirdən çixmiş yaraşıql mənzillərindən biri iləətəmin edilimidçri. Baxın Leypçiqdıki işi Tomasschuledə tələbələrə musiqi ifaçılığından dərs vermək və Leypçiqin Müqədəs Tomas və Müqəddəs Nkolas kilsələrində həftəlik musiqi proqrmalarını tırtib etmıəkdən ibarət idi. Onun işlərinə Latın dilindən də dərs demı daxil olsa da, o bu işi müavininə həvalə etmişdir. Leypçiqdəki ilk altı illik fəaliyyıəti ərzində ərzində beşə qədər illik cantata silsiləsi yazır (bunblardan ikisi ünümüzə glib çıxamışdır). Konsertləşdirlimiş əsərlərinin əksəriyyəti hər bazar İncil dinləmələrinə və Lüteran ilində tutulan oruclara həsr olunur və əksəriyyətində Üachet auf! Ruft uns die Stimme və Nun komm, der Heiden Heiland kimi ənənəvi kilsə himnlərindən ilham məbəyi olaraq istifadı olunurdu. Bu əsərləi məşq və ifa elemək üçün o çox güman ki ya lavesinin arxasında oturur, yada kilsənin qərb qurtaracağındakı alt galireyada xorun önündə, arxası isə konqreqasiyay tərəf durardı. O üzü yuvari çardqda dörd metr hündürlyə qalxan orqana baxardı. Şəhər bələdiyyəsi kilsə xorunu ancaq səkkiz daimi ifaçı ilə təmin edirdi ki, bu Baxla bələdiyyə raasında fikir ayrılğına gətirib çıxarırdı. Əvəzində Bax yerdə qalan 20 ifaçısı universitet və məktəblərədən dəvət etməli olurduş. Orqan və ya klavsin yəqin ki, bəstəkarın ya özü tərəfində, ya başqa musiqiçi və ya böyük oğlanlarından biri – Vilhelm Frideman və ya Karl Filip Emanuel tırəfindən ifa lunrudu.
Bax soprano və alt xor ifaçılarını məktəblərədən, tenor və bass ifaçıları isə ya məktəbdən ya da Leypçiqin başqa yerlərindən dvət edirdi. Toy və yas mərasimlərində ifaları bu qrupların əlavə gəlir mənbləri id, və yəqin ki, bu və ya məktəb tədris məqsədilə o ən azı əksəriyyəti ikili xor üçün olmaqla altı motet (təntənəli kilsə nəğm\ələrini) yazır. Özenün müntəzəm kilsə işləri çərçivəsində o Venetsiya musiqi məktəbinə və Haynrix Şultzun timsalında alman musiqi məktəblərinə məxsus motetlər ifa edir və bu sonrlar onun öz şəxsi motet yazmaq üslubun formalaşdırır. Singet dem Herrn (Tanrıya nəğmə oxu) adlı əsərinin giriş hissısi hər biri dprd hissıədən ibarət olmaqla bəstəkarın iki xor üçün necə zəngin, ehtiraslı əsər yazdlğını göstərir.
1720-ci illərin əksəriyyətini kantatalar yazmağıa sərf edən Bax Leypçiqin iki əsas kilsəsi üçün çox zənin kilsə musiq repertarı toplayır. Bir az sonra bəstəkar litirgiyadan ayrlımaq və yaradıcılıq fəaliyyətini daha da gemişləndirmək barədə düşünür. 1729-cu iliun mart ayında Bax 1701-ci ildə dostu Georq Filip Teleman tərəfindən yaradılmış Collegium Musicum dünyvi musiqlirə ifa edəb ansamlən rəhbəri təyin olnur. Bu o zaman alman şəhərlərində fəal musiqçi gənclər tərəfindən yaraılan msuiq dərnəklərindən biri idi. Bu cəmiyətlər şəhrlərin musuqi həyatında əhəmiyyətli rol oynayıt və tərkibinə ən görkəmli peşıkar msuqiçilıər idaxil edirdi. Kritof Volfun sözlərinə görə Baxın bu cəmiyyətət rəhbər təyin olunması onun Leypçiqin əsas musiqi dairələrindəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəımləndilməsində çox vacib addım idi. Həmin ilin böyük bir hissıəsini Collegium Muusicum Zimmermanların şəhər bazar meydanın bir addımlığındakı Katerin küçəsindəki Kofe evində həft\d\ iki dəfəf olomaqla ikisaatlıq konsertlər vemıklə keçirir. Bu məqsədlə kofe evinin sahibi musiqiçiləri geniş bir zal və bir neçə musiq aləti ilə də təmin edir. Baxın 1730, 40 və 50-cillərdə bəstələdiyi \s\rlrin əks\riyyəti çox güman ki Collegium Musicum üçün yazılmışdır. Bu əsərlə sırasənda Clavier- Übung əsərinin bəzi parçaları və skipka və klavesin üçün kosertlərinin böyük bir qismi aiddir.
Bu dövr ərzində Bax B minorda Massın Kiri (Kyrie) və Gloriya (Gloria) hisələrini yazır və 1733-cü ildə Saksoniya monarxının onu sarayına baş bəstəkar kimi dəvət etməsi ilə nəzticələnək bir əlyazma da təqdim edir. Monarx sarayına saray bəstəkarı təyinatı göprünür onun Leypçiq şəhər çurası ilə daha böyük sövdıləşmə imkanları əldə etmə uğrunda apardığı mübarizıənin bir hossəsi idi. 1737 və 1739-cu illər aralığında Collegium Musicuma Baxın tılısbısi Karl Qothelf Gerlax rəhbərli edir.
1747-ci ildə Bax Prusiiay kralı İİ Frridrixin Potsdamdakı sarayına gedir. Burada kral Bax üçün bir parça ifa edir və Baxı ifa etdiyi parçaya fuga improviza etmək əmri ilə sınağa çəkir. Bax kralın əmrinə cavab olaraq İİ Fridrixin şəxsi fortepianosunda ona üç hissəli fuga improvizə edir , daha sonra yensini ifa edir və bir qədər sonra isə krala "kral parçası" əsasında bəstələdiyi fuga, kanon və triyolardan ibarət "Musiqili Hədiyyə" (Musical Offering) əsərini təqdim edir.Y. S. Baxın əsərləri BWV rəqəmləri ilə indeksləş.dirlib. BWV Bach Werke Verzeichnis (Baxın əsərlərindən ibarət kataloq). Bu kataloq Volfqanq Şmeyder tərəfindən tərtib edilmiş və 1950-ci ildə çap edilmişdir. Kataloq ronoloji deyil, tematik ardıcıllıqla tərtib edilmişdir. BWV 1-224 kantatalar, BWV 225-249 iri-miqyaslı xor əsərləri, BWV 250-524 xor və ilahi musiqilər, BWV 525-748 orqan əsərləri, BWV 772-994 digər klavişli aletlər üçün əsərləri, BWV 995-1000 lütnya musiqi əsərləri, BWV 1001-1040 kamera musiqisi, BWV 1041-1071 orkestra musiqi və BWV 1072-1126 kanon vıə fugalardan ibarətdir.

1 comment: