Saturday 15 October 2011

Johannes Brahms.gifYohans Brams (7 may, 1833 - 3 aprel, 1897) – romantik dövr alman bəstəkarı. Hambuqda anadan olmuş, sonralar Vyanada, Avstriyada məskunlaşmışdır.
Atası Yohan Yakob Brams vaxtilə Hamburqa Şlezviq-Holşteyndən şəhər musiqiçisi olmaq arzusu ilə gəlmişdir. O bir neçə musiqi aləti üzrə mütəxəssis olmuş, lakin yaşayışını truba və ikili bas alətlərində ifa etməklə təmin etmişdir. Yohan Yakob özündən on yeddi yaş böyük olan Yohanna Henrika Kristiane Nissen adlı dərzi qadınla evlənnmişdir. Onlar əvvəlcə şəhər tərsanələri yaxınlığında, Hamburqun Ganveyrtel adlanan hissəsində, daha sonra şəhərin şimal perimetrində yerləşən İçəri Alster bölgəsində, Dammtoval məhələsindəki kiçik bir evdə məskunlaşırlar. Oğluna ilk musiqi təhsilini də elə Yohan Yakob verir. Brams yeddi yaşından etibarən Otto Fridrix Villibald Köselldən pianoçuluq sənətini öyrənir. Brams ilkin yaşlarında böyük istedada malik olduğunu nümayiş etdirir, restoran və teatrlarda çıxış etməklə, eləcə də fərdi dərslər verməklə ailəsinin elə də çox olamayan gəlirlərinə öz töhfəsini verməyə başlayır.
Brams bit müddət violonçeldə də ifa etməyi öyrənir, lakin dərs aldığı müəllimi onun alətini götürüb qaçır. Otto Kösseldən aldığı erkən piano dərslərini Vyanada İgnaz Seyfrid (Motsartın tələbəsi) və Karl von Bokletlə (Şubertin yaxın dostu) bir oxumuş Eduard Marksenlə davam etdirir. Gənc Brams bu dövrdə Hamburqda bir neçə açıq konsert verməsinə baxmayaraq, tanınmış bir pianinoçu kimi yalnız on doqquz yaşında etdiyi konseert turnesindən sonra tanınır. Sonrakı illərdə Brams tez-tez öz əsərlərində solist, müşayətçi və ya kamera musqiliərində iştirakçı kimi iştirak edir. O 1859-cu il Piano Konserti No. 1 və 1881-ci il Piano konserrti No.2 əsərlərinin hər ikisnin premyerasında solit kimi çıxış edir. O erkən yaşlarında diriolru etməyə də başlayır və sonrlar həm xor, həm də orkestra üçün mahir dirijor kimi tanılnır.
Brams bəstəkarlığa çox erkən yaşlarından başlamış, lakin sonradan o dövrdə yazdığı əsərlərinin əksəriyyətini məhv etmişdir. Məsələn, Marksenin memuarlarında Bramsın 11 yaşında bəstələdiyi piano sonatası haqqında danışılır. Bəstələdiyi əsərlərə macar skipkaçısı Eduard Remenvi ilə 1853-cü ilin aprel ayında çıxdığı turneyə qədər bir o qədər böyük alqış qazanmır. Bu turne zamanı Brams Hanoverdə Jozef Hoakimlə tanış olur. Sonradan Veymar sarayına yollanır və burada Franz Liszt, Piter Kornelius, Hoakim Raff kimi musiqiçilərlə tanış olur. Bramsın Lisztlə tanışlığının (bu tanışlıq zamanı Liszt Bramsın Şerzo Op. 4 əsərini ifa etmişdir) şahidlərindən bəzilərinə, məsələn, Remenyiyə görə o Bramsın Lisztin B minorda sontasını ürəkədən alqışlamadığına dərindən sarsılmış və ondan ayrılmışdır (Brahmsın yenicə bəstələnmiş əsəri ifası zamanı yuxulaması deyilir).
Koakim Raff Brahmsa Robert Şuaman haqqında təqdimat məktubu təqdim edir və Brahms Raynlanddıki tamaşalardan sonra qatarlarla Düsseldorfa yollanır vı burada Şuamn ailısi tərəfinədn qonaqpərvərlilə qarçılanır. Şuman 20 yaşlı gəncin istedadına heyran qalır və Neue Zeitschrift für Musik jurnalının 1853-cü il, 28 oktyarb tarixli sayında Brahms haqqında yüksı fikirlər ısk olunmuş “Neue Bahnen” (“Yeni Cığırlar” ) adlı məqalə nəşr etdirir. Şumanın gənc bəstəkar haqqında bu qədər yüksək fikirdə olması musiqi dairələrində şübhı ilə qarçıkanır və yıqin ki, Brahmzın öz əsərlərini təkmilləşdirməyəy sövq etmişdir. Düsseldorfda luğu müddətdə Brahms Şüman və Albert Ditrixlə Hoakim üçün sonata yazılışına qoşulur. Bu sonata F-A-E sonatası kimi tanılnır. Brahms Şumanın həyat yoldaşı, bəstəkar və öpoianoçu Klaraya yaxında bağlanır və onunla ömrüboyu davam edəcək ehtiraslı, lakin ehtimal ki, platonik münasibətlərədə buluur. Brahms bir neçə qadınlara qarşı ciddi fikirlərədə olmasına və 1859-cü ildə Göttingendə Aqate von Sibold adlı xanımla nişanlanmasına baxmayaraq ömrü boyu evlənməmişdir. Şumanın 1854-cü ildə özünə sui-qəsd etmısi cəhdindən və dərhal ruhi sanatoriyaya köcürmülməsindən sonra Klara və yoldaşçı ilə əsas vasitəçi rolunu oynayır və faktiki olaraq Şumanlae evinin yiyəsinıə çevrilri.
1856-cı ildə Şumanın ölümündən sonra Bramhs vaxtını Hambuq və Detmold knayazlığı arasında keçirməli olur. 1862-ci ildə isə ilk dəfə Vyanaya gedir, qışı burada keçirir və 1863-cü ildə Vyana Singakademie-da dirijor təyin olunur. Bu vəzifədən növbət il imtina etmısinə və başqa yerdə iş axtarmasıan baxmayaraq Brhams tədricən Vyanada məskunlaşmağa başlayır. 1872-1875-ci illər aralığında Brahms Vyana Gesellscahft der Musikfreundenin təşkil etdiyi konsertlərin dirijoru təyin olunur və bundan sonra başqa rəsmi vəzfivə qəbul etmir. O 1877-ci ildə Kembridz ünuversitetindən təklif olunan fəxri doktorluq dərəcəsindən də imtina edir. Lakin 1879-cu ildə Breslau universitetinin eyni tklifini qəbul edir və cavabında Academic Festival Overturasını bəstələyit.
Brahms 1850 və 60-ci illrədə davamlı şəkildə əsərlər yazır, lakin əsərləri tənqidi fikirlər də formalaşdırır. Piano konserti No. 1 ilkin tamaşalar zamanı pis qarçılanır. Onun əsərləri yeni alman musiqi məktıbləri tərəfindıən dəbdən düşmüş kimi qarçılanır. Bu məktəblərin başlıca simaları Liszt və Riçard Vagner idi. Brahmz əslində Vagnerin bəzi əsərlərini çox bəyənmiş və Liszti də dahi pianoçi kimi qəbul edirdi. Lakin bu iki mıktəb arasındakı konflitlər bütün Avropa musiqi həyatını çuğlayıər və tarixə Romantiklərin Müharibsi kimi düşür. Brahmsın tərəfdarları arasında Klara Şuman, nüfuzlu musiqi tənqidçisi Eduard Hanzlik, Vyananın aparıcı cərrahı Teodor bilroz kimi cəmiyyətin tanınmlş simaları var idi. 1860-cı ildə Brahms musiqidə bəzi ifrat hərəkətlərər qarşı etiraz aksiyası keçirmıyə cəhd gösətrir. Yasnız üç imza ilə dəstəklənmiş manifest uğursuzluğa düçar olur və Brahms bir daha ictimai polemikaya baş qoşmur.
1868-ci il Ein deutsches Requeim əsərinin Bremen premyerası Brahmsın Avropa nüfuzunu möyyən edir və Şumanın onun barədəd söylədiklərini tam təsdiqləyir. Məhz bu uğur Bramsa bir çox yarımçıq qalmış ıəsərlərini də - Rinaldo kantatası, ilk simli kvarteti, üçüncü pinano kvareti, və birinki simfoniyasını tamamlamağa stimul verirr. 1860-ci ilərin əvvələrində baçladığı bu smfoniya yalnız 1876-cı ildə peyda olur. Bundan sonra Brahms 1877, 1883 və 1885-ci illərdə npvbəti üç simfoniyasını yazır. 1881-ci ildə Bramhs yeni orkestr üçün əsərini dirijoru Hanz von Bülov olan Meyningen hersoqunun saray orkestrində ısnaqdan keçirir.
Brahms tez-tez səyahətə çıxmağı sevərdi. 1878-ci ildən etibarən o İtaliyaya səfərlər edir və yayı keçirmık üçün səfalı yerlər axtarışına şıvardı. O piyada gəzməyi sevər və açəq havada daha aydın düşınduyu üçün vaxtının çıxunu bel gəzintilırəd keşçiririd.
1889-cu ildə Amerika ixtiraçısı Tomas Edisonun nüməyındısi olman Teo Vangerman bəstəkara baş şıkir və ona əsərlərindən birinin səsinin eksperemental yazılmasını təklif edir. Brams öznünü birinci Macar rəqsinin qısa formasını pianinoda ifa edir. Bu ilk səsyamalardan biri kimi tarikxə düşçür və əsərə giriş verən səs açıq-ayıdn eşidirlir. Lakin pinao ifası bir o qıdıər də yaxşı eşidilmir. Tədqiqatçılar əsərə təqdimat verən sısin Vangermanna yoxsa Bramsa məxsusluöu barədə yekiun qərara gılə bimirlər.
1890-cı ildə 57 yaşlı Bramhs bəsətkərlıdan uzaqlaşmaq qərarına gəlir. Bununla belə, o fikrində tam qətiyyətl dura bilmir və ölümünə bir neşı il qalmış birneşə tanımış əsərlər yazır. Bramsın Meyningen orkestrinin klrinet ifaçısı Riçard Mühfeldə olan hörməti onun Klarinet Trioyasu Op. 114, Klarinet Kvinteti Op.115 (1891) və iki Klarinet Sonatası Op. 120 (1894) bəstələməsi ilə nəticələnir. O həmçinin bu dövrdə silsiləli pinano parçaları da – Opp. 116-119, və Vier ernste Gesange (Dörd Ciddi Mahnı) (1896) yazır. Sonuncu əsərini bitirən zaman Bramhs xərçəng xəstəliyinə tutulur. Bəıstəkarın səhhəti getdikcə pilsəşir və Brams 1897-ci ilin 3 aprel tarixində dünyasını dəyişir. Yohans Brahms Vyananın Zentralfriedhof qəbristanlığında dəfn olunur.
Dinləyiçilərinin əksəriyyəti Bramhsı Romantik Dövr musiqsinin son bürcü kimi qəbul etsələrədə, əlsində o əsərlərində daha çox klassik musuqu forma və ənanəlrinə riayət edirdi. Odur ki, əksər pərəstişçkarları bəstəkarı ənənəvi musiqu formalarının və “xalis musiqi” nin müdafiçsii kmi göprürdülər. Bramhs simfoniyaları atiki olaraq ölməkəd olan bu anrı dirçıldir və Gustav Mahler və Jan Sibeluis kimi bəstəkalrı da ilhamlandırır.
Baxmayarqq Bramhs ömrüboyu Vagnerin qəti əleyhdarı kimi tanınır, Bramsı irticaçı kimi xarakterizə etmık taamilə yalnışdır. O həm geriyə, həm də irləi baxan bəstəkar olmuşdur, əsərlərindıki harmoniya və ifadəlik Arnold Şpnberqin 1933-cü il məqalısində onu belə təqdime tmsəinə səbə olacaqdlr. :” Brahms- Mütərrəqipərvər”. Bu məqalə XX əsrdə Bramhs yaradıcılığıa yenidən qiymıt verilmısinə zəmin yaradır.
Brams o zaman bəstəkalrıqda imtain edir ki, artıq tonal musqi anlayışı ifarat dərəcəyə qədər uzadılır və rposess Bramsın zərində tonal musi qanunlarının dağılmasına gıətirib çıxaracadı. Lakin o özü bəstəkarlıqdan imtina etmsıinı baxmayaraq Arold Şönberqin müəllimi Alekandr Zemlinskiyə böyük dəstək vermidşir. Zemlinskinin təlıəbəsi Şönberqin D maorda Kvaretet əsərini iki hərəkıtinin Bramsa gpstrmısi Bramda müıllifı qarşı rığbt hissi oyatmışdir.
Əsərləri
Brams orkestra üçün iki serenada, dprd simfoniya, iki paino konserti, skipka üçün konsert, skipla və violençel üçün ikili konsert, bir cüt orkestra overturası- Akademik Festival overtursı və Fıacivə Overtura bəstələmişdir.
Ein deutsches Requem (“ Alman Rekviyemi”) adlı böyük xor əsəri Bramsızn Lüteran İncilindən seşdiyi mətnlər ıəsasında yazılmışdır. Bu əsər Bramsızn həyatının üç əsas mərhələsində yazılmışdır. İkinic hərəkətin ilkin versiyası 1854-cü ildə Robert Şumanın özünı qəsd etmısindən bir q\d\r sonra yazılmış, bir qədər sonra tamamlanmış və ilk piano konsertlərində ifa olunmuçdur. Rekvyemin böyük bir hissəsi Brahmsın anasının ölümündın sonra, yəni 1865-ci ildın sonra bəstələnmişdir. Əsərin 1868-ci il rəsmi premyerasından sonra isə beşinci hərəkət əlavə edilmiş. Əsərin atamalanmş versiyası 1869-cu ildə işlq üzü görmuşdur.
Brahmsın variyasiya formasında yazdlğl əsərıərindən Handelin leytmotivləri əsasında Variyasıia və Fugalar, Paganini Variyasiyaları, Jozef Haydnın leytmotivləri əsasında Variyasiyaları aiddir. Dördüncü simfoniyasının (Op. 98) sonuncu hərəkıti də variyasiyalar seriyasıdır.
Kamera əsərlərinə isə üç simli kvarteti, iki simli kvanteti, iki simli seksteti, o cümləədn larinet kvantiteti, klarinet triyosu, trubin triyosu, piano kvinteti, üç piano kvarteti və üç piano tryoları daxildir. O bir neçə piano sonatası, o cümlədədn üçü skripka üçün, ikisi violençel üçün vı iksii klrinet üçün olmaqla bir neçə intrumental sonatalar da bəstələmişdir. Onun solo piano üçün əsərləri erkən poinao sonatalrı və balladlarıddan başlayıb xarakter paşalarıan qədər dəyişir. Bramhs 200-ə yaxın mahnı da bəstələmiş və Şubert və Şuamnla birgə ən böyük Leyder bəstəkalradan sayılır. Ölümündən az öncə yazdığı orqan üçün xoral preludaları orqan ifaçılarının repertuarlarının əhəmiyyətli hissəsinə çevrilmişdir.
Bramhs heç vaxt opera yazmamışdır.[1] O bir qayda olaraq “mütləq musiqi” üslubuna üstünlük vermişdir.
Bramhs bir qayda olaraq böyük, mürrəkbə təribatlı , ciddi musiqi bəstəkarı kimi tanınsa da , ən məşhur əsərlərinin bəziləri əslində məişət miqyaslı, kişik və populyar olmaq niyyətli olmuşdur. Bunlara Macar rəqslərində bəzi musiqi parçalarının yeni qiruluşu, piano duetlıər üçün Valtzları Op. 39, vokal kvartet və paino üçün Liebeslieder Üaltzes və bir çox mahnıları, Üiegenlied Op. 49 no. 4 addir. Sonuncu dostu Berta Faberin oğlunun ad gününə hədiyə olaraq yazılmış və Bramhsın laylayı kimi tanınnır.
Bramhs digər romantik dövr bəstəkalrından daha çox Bethovenə pərətiş edirdi. Bramsın evində Bethovenin mərmərədn olan büstü Bramsın işlədiyi masa üzərinə baxırdı. Onun bəzi əsəlri Bethovenin imitasiyasıdır. Belə ki, Bramsın birinci simfoniyasının başlanğıcı Bethovenin Hammerklvier sontasının açılış hissısinı çox bənzəyir. Bundan başqa birinci simfoniyaınn yekun parçasının leymotivi da Bethovenin doqquzuncu simfoniyasının finalınıən leymotivinı xatirladır (Sonunu oxşarlıq barədə Bramsa xatırlatma olduqda, Brams cavabında istınilın axmağın bunu görə bilmıəsini bildirmişdir).
Ein deutsches Requiem əsərini qismən anasının 1865-ci ildə vəfatından təsirlənərək yazmışdır. Lakin bu əsərdə 1854-cü ildə başladıöğı, lakin Şumanın özünə qəsdinədn sonra kənara qoyduğu simfoniyasından parçaları da özündə birləşdirir. O Rekviyemin Şumana məxsus olduöğunu da yazmışdır.
Bramhs Motsart və Haydn kimi klassik dövr bəstəkarlarına da dərin rəğbət hissi b\sləyir və əsərlərinin ilk nə.rlərini toplamyırdı. Bundan da maraqlısı Bramsın klasikdən dövrdən əvvəl Qabrieli, Hasse, Şütz və əlıbəttə Bax kimi bəstəkarlarında da yaradıcılığı ilə yaxında maraqlanması, onlıarı dərindən öyrənmısi idi. Brams dövrünün aparıcı musiqiçunasları ilə də dostluq edir və onlalrən köpməkliyi ilə Rameo və Frasnua Koperin kimi bəstəkarlın əsərlərini nəşr etdirir. O erkən musiqi dövrünə bir bəstəkar, ifaçı və tətdiqatçı kimi olduqca məhsuldar yanaşır, bu dövrö dərindən öyərnir və ələxsus ciddi kontrpunkt üslubunu ilhamlandırmış keçmin musiqi formalarını xüsusi maraqla öyrənidiri. Əslində, Branhsəın bir neçə ən məşhur əsərlərinin leymotivləri Barokko mənbələrindən götürülmüşdür. Violençel üçün sonatasınin No. 1 yekun fugal hissəsi Baxın Fuga sənəti əsərindən, dördüncü simfoniyasının passacaglia leymotivi isə yenəd ə Baxın Kantası No. 150 özəürində qurlulmuşdur.
Bramhsın klassik musuqiyə olan məhəbbəti onun janr seçimində də əsk olunur. O klassik musiqnin sonta, simfoniya və konsert formalrını üstün tutur və tez-tez sontata formasında hərəkətlət bəstələtyiridi. Hətçənd Bramhs ın çox “Klassik” Romantik bəstəkar sayılıy, bu heş də onun bütün ısərırində öz əskini tapmır. Bu damğa ona Riçard Vagmerin baçılığı ilə “Yeni Alamn musiqisi” məktəbi ilə qarçıdurmasından yaranmışdır. Və əslində bu qarşıdurma heçş də bəstəkalrın özləri tərəfindən deyil, ardıcılları təırəfinən şiddətləndirilmişdir. Baxmayaraq ki Vagner Bramsın artamaqda olan məşhurluğu səbədindən onun qəti əleydarına çevrilri, lakin o Bramsın Handelin leytmotivləri üzərində yazdığı Variyasiyaları qəbul etmişdir. Brmahs pzü də bir çox məbnəblərə görə Vagner bir çox əsərlərinə dərin rəğbət hissi bısləyirdi.
Erkən Ronatik dövrü bəstəkallırını da Brams yaradıcılığında böyük təsiri olmuşdur. Ələxsus oona gənc yaşlarında kömə etmiş Şumanın təsiri xüsusii qeyd olunmalıdır. Bramhs tez tez Robert və Klara Şumsanla göprüçır və bu görüçşlərədə dahi b\st\əkalrlın musiqilərini ifa edirdilər. 1862-63-cü illdərəd Vyanaya səfəri zamanı Brmahs Şubert musiqi ilə tanış olurvə Şubert onda bpyük maraq oyadır. Sonuncunun Bramhsa təsiri iki piano kvareti Op. 25, və Piano Kvintetndən (somuncu əsər Şubertin Simli Kvinteti və piano üçün dörd əlli Grand Duo-su) sezilir. Şopen və Mendelssonun Bramhsa təsiri barədə daha az sübut var. Bununla belə əsərlərinin bəziləırində bu bəstəkarlalrın əsələrinə yaxınlaşmanı gprmək olar. Məsələn, Bramsın Skertso Op.4 əsəri Şopenin B-bemol minrda eyniadlı əsərini xatırladır. F minorda piano sonatası Op. 5 sərindəki skertso hərəkəti isə Mendellsonun C minorda piano triyosunun sonluğunu xatırladır.
Xalq musiqinin də Brams yaradıcılığında özünəməxsus təsiri olmuşdur. Bramhs 144 alman xalq mahnılarında müraciət etmişdir. Əəsrlərində biq qayda olaraq folklor mövzulara mürəciet etmi.ş və alaman kındli həyatını təsvur etmişdir.
Bethoven kimi Brams da təbiəti çox sevər və tez-tez Vyana ətrafindakı meşələrə gəzintiyə çıxardı. O evə qayidanda uşaqlarına çirnilər almağı da unutmazdı. Böyüklərər Brams qaba və iztehzalı davranırdı. Tələbəsi olmuş Qustav Yenner müəllimi haqqında bunlarl yazırdı:” Bamxmayaraq tək-tük adam onun kimi mehriban ola bilərdi, bunnla belə o ünməcaz adam kimi tanınırdı”. Vyana mətbuatında onun “Qırmızıə Kirpi” adlı sevimli qəlyanaltısına gündılik səfərləri və xüsusilə onun əllərini arxayasıına çarpazlayaraq gıxzmısinı fikir verirdi. Onunla dostluq edən şəxslər bəstəkara sadiq qal və bəstəkar də eyni sıdaıqt və səxavətlə onlara borcunu dostluq ödəyiridi.
Yaradıclıq üslublarının tamilə fərqli olmasına bxamyaraq Brams Yohhan Staus İİ ilə möhkəm dost idi. Bramsh hətta ölümündən əvvəl 1897-ci ildə Ştrausun Die Göttin der Vernunft operretasının Vyananın Theater an der Üien teatrında keçirilən premyerasına getmək üçün xəstəliyi ilə mübariə dıə aparmışdlır. Bramsın Ştrausa verə biləcəyi əın bpyük qiyımət onun Mavi Dunay valtzını yaza bilməsinə görı hər şçeyi qurban verı bilmısini demısi olmuşdur. Bu dövrə aid edilıən və Bramsın Ştrasula tanışlığı ərəfəfinsə adi olan lətifəlri birinidə Ştrasun arvadı Adelenin Brmasdan avtoqraf istəməsi və əvəzində Bramsın “Mavi Dunay” valtzından ibir-iki not yazması , daha sonra aşağıdakı sözləri yazmasıdır:”Əfsus! Amma Brams yazmayıb”.
1860-cı illərədn etibarən əsələri böyük uğurla satılır və bəstəlaraka öbyük maliyyə vəsaitit üazandırır. Bununla belə Brams sadə həyat tərzinı üstünluk verir, üç otaqlı sadə evdə bir təsərüfat müdirısi ilə yaşayır. O pulunun çoxunu qohumlarıan paylayır və gənc bəstəkarlara anonim şəkildə maliyyə dəstəyi verirdi.Brams mütləq mükkəmmlçi idi. O erkıən illırədə yazdığı bir çox əsərlrini- Remenyi və skipkaçı Ferdinand Davidlə birgı ifa etdiyi Skrpka üçün Sonatası da daxil olaqla məhv etmişdir. Bir neçə dəfə isə 1873-cü ildə birinci somfoniyasının rəsmi yazılmasıdan öncə isə 20-dən artıq simli kvartetini də məhv etdiyin bildimişdirş. Bir neçə illər ərzində D minorda Simfoniya üçün orijinal layihısini pinao konsertlərinə çevirmişdir. Detalara aludəçiliyinə bir başqa misal Birinic simfoniyasına 1861-ci idlən 1876-ci ilə qədər on beş ilə qədər bir vaxt sərf etmısidir.Əsərin ilk tamaşalarıdna sonra da o bızi asta hərəətləti məhv etmişdir. Bramhsın pedantist mövqeyinə təsir etmiş başqa bir amil isə Şuamn olmuşdur. Şuman vaxtilə Bramhs haqqında çox yöksək fiilərd olmuş, onu Bethoven səviyyıəinsdə ola biləcək bəstəkar kimi qələmə vermiş və Brams da bu zirbəyə çatmağı qərarlaşdlrmışdılr. Şumanın bu fikirləri çətin Bramsın öznəinamını artıra bilir və bu onun birinci simfoniyasının gecikmısinə səbəb ola bilrərd. Bununla belə Klara Şuman Bramsın Birinci simfoniyasının bəstəkatəın əsl təbiətini əks etdirmədiyini bildimişdir. O bildirir ki, son gur hərəkət “olduqca tınınıli alınmıdır” . Lakin o müasir dövrdə tətdqiqatçıların Bramsın ın gümrah əsərlərindən biri hesab etdiyi İkinici simfoniyanı qəbul etmıədkıdn boyun qaçırmışdır.Digr müasirləri isə, əksinə birinci hərəkəti olduqca qaranlıq hesab etmiş və Reynhold Brinkman Simfoniya No. 2-nu tədqiq edərkən XİX əsr qəmli ideyayalla əlaqədar olaraq Bramsən bəstəkar və dirijor Vinsenz Laxnerə yazdığıməktibu möəyyən etmidir. Bu məktibda Brams təbiətinin tutqun trflərini etiraf edir və bunun əks olunduğu hərəkat b\rədəd detal çaıqlamar veriri.

Georq Fridrix Hendel

Qeorq Fridrix Handel (alm. Georg Friedrich Händel, 1685-1759) - dahi alman bəstəkarı, barokko musiqi janrının ən görkəmli nümayəndələrindən biri. Həyatının böyük əksəriyyətini İngiltərədə yaşamışdır.Haendel.jpgHandel 1685-ci ilin 23 fevralında Almaniyanın Saksoniya əyalətinin Halle şəhərində anadan olmuşdur. Yeddi yaşından musiqi ilə intensiv şəkildə məşğul olmağa, doqquz yaşından isə bəstəkarlıq fəaliyyətinə başlamışdır.
İlk operaları olan "Ameliya" və "Neron" əsərlərini 1705-ci ildə yazmışdır. 1707-1710-cu illərdə bəstəkar İtaliyaya səfər etmiş və burada musiqi təhsili almışdır. Bu illərdə o italyan operasının mahir bilicisi adını qazanır.
1710-cu ildə Handel sonralar İngiltərə kralı olacaq Hannover kurfüristi Georqun sarayında kapelmeyster təyin olunur. Elə həmin il Londona yollanan Handel iki il sonra yenidən, lakin qisamüddətə Almaniyaya qayıdır. Hannoverdə olduğu bu qısa müddət ərzində Böyük Britaniyanın gələcək şahzadəsi Karolinaya bir neçə vokal duetlər bəstələyir.
1712-ci ildən etibarən bəstəkar demək olar ki, həmişəlik İngiltərədə məskunlaşır. Britaniyaya gəldiyi ilk illərdə Surrey qraflığının Barns Elmsin yaradıcılığına pərəstiş edən zəngin tacirlərindən birinin evində yaşayır. Sonradan iki ilə yaxın müddətdə Berlinqton qrafının London yaxınlığındakı malikanəsində qonaq qalır - bu müddətdə Handel şahzadə Anna tərəfindən 200 funt sterlinq məbələğındə ömürlük təqaüdlə dəyərləndirəcəyi iki opera bəsətələyir.
1714-cü ildə kurfürist Qeorq Britaniya sahillərinə yaxınlaşır və tezlıklə kral olur. Handel yeni kralın sarayina ithaf olunmuş və ifası bayram günlərinə nəzərdə tutulmuş "Suda nəğmə" əsərini bəstələyir.
1720-ci ildən 1728-ci ilə qədər Handel Kral Musiqi Akademiyasının direktoru vızifəsində çalışır. 13 fevral 1726-cı ildə bəstəkar Britaniya vətəndaşlığını qəbul edir.
1720-1730-cu illdərdə Handel çoxlu sayda operalar yazmağa davam edir, 1740-cı illərdə isə bəstəkarın yaradıcılığında əsas yeri oratoriyalar tutmağa başlayır ("Məsihə", "Samson", "Saul", "İsrail Misirdə")[1]. 1750-ci illərin astanasında dahi bəstəkarın görmə qabillyəti kəskin pisləşir. 1752-ci ilin 3 may tarixində gözlərindən əməliyyat olunur. Lakin heç bir müsbət nəticə hasil olmur və xəstəlik daha da şıddətlənir.
1753-cu ildə Handel dünya işığından birdəfəlik məhrum olur. Bu hadisədən altı il sonra, yəni 1759-cu ilin 14 aprelində Handel Londonda keçinir. Bəstəkarın cənazəsi Vestminster abbatlığında torpağa tapşırılır.Həyatı ərzində Handel 50-yə yaxın opera, 23 oratoriya, çoxsaylı kilsə xor musiqisi, orqan üçün konsertlər bəstələmiş, həmçinin bir sıra əyləncə səpgili əsərlər də yaratmışdır

Friday 7 October 2011

Müslüm Maqomayev

Müslüm Maqomayev.jpgMüslüm Məhəmməd oğlu Maqomayev (17 avqust 1942, Bakı, Azərbaycan SSR - 25 oktyabr 2008, Moskva, Rusiya) — görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti (1973).
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.[1] İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.
19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanadaİranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qramoffon valları böyük tirajla buraxılıb.
Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.
Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.
Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edirdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.
 
Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.

Üzeyir Hacıbəyov

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (18 sentyabr 1885, Şuşa (Ağcabədi k.) – 23 noyabr 1948, Bakı) — dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi, EA akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948).
Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.[1] Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur.
O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.
Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirmişdir.[2]
Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.
Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır.
Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir.
Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir.
Şəkil:Uzeir baku monument.jpgO, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazmışdır). Onun "Ər və Arvad" (1909, ilk tamaşası: 1910), "O Olmasın, bu Olsun" (1910, ilk tamaşası: 1911), "Arşın Mal Alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, "Arşın Mal Alan" musiqili komediyasını məhz burada yaratmışdır.
Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil etmişdir.
1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır.
O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan Türk El Nəğmələri" məcmuəsini nəşr etdirmişdir. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir.
1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası ( librettosu H.İsmayılov və M.S.Ordubadinindir ) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır.
O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.
Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.
Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.
 

Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir.
Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi dövründə böyük təntənə ilə keçirilmişdir.UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.
2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edildi. Bakıda 18-28 sentyabr ərəfəsində “Üzeyir Hacıbəyli – 125” Beynəlxalq Musiqi festivalı keçirildi.Yubiley çərçivəsində VyanadaAfinada azərbaycan və xarici musiqiçilərin konserti təşkil ediləcək.Vyanadakı konsert dahi bəstəkarın abidəsi önündə keçirləcək.

Thursday 6 October 2011

Volfqanq Amadeus Motsart

Şəkil:Wolfgang-amadeus-mozart 2.jpgVolfqanq Amadeus Motsart (Wolfgang Amadeus Mozart) (27 yanvar 1756, Salzburq - 5 dekabr 1791, Vyana) - dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri.
Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, klavesin və orqan ifaçısı və dirijor da olmuşdur. Müasirlərinin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur.
Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestralarının konsert reperturlarının ayrılmaz parçasını təşkil edir.
Volfqanq Amadeus Motsart o dövrlər Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Motsartların ailəsində dünyaya göz açmışdır. Motsartın özündən savayı sağ qalmiş “Nanerl” Mariya Anna adlı bacısı da olmuşdur. Motsart doğumundan bir gün sonra Müqəddəs Rupert kilsəsində xaç suyuna salınmışdır. Bu mərasimdə körpəyə latın formasında olan Joaness Chrysostomus Wolfgangus Theophilus Mozart adı verlimişdir. Motsart isə özünü sonralar “Volfqanq Amade Motsart” kimi adlandırılmağı üstün tutmuşdur.
Motsartın atası Leopold Motsart Salzburq axriyepiskop sarayıının kapelmeyster müavini və bəstəkar idi. O həmçinin təcrübəli müəllim olmuş və oğlunun doğum ilində "Versuch einer gründlichen Violinschule" adlı skripkada ifaya dair əsər nəşr etdirmişdir.
Qızı Nannerlin yeddi yaşı olanda Leopold ona klavişdən dərslər verməyə başlayır. Üç yaşlı Volfqanq bu musiqi alətinə heyrətlə tamaşa edərdi. Sonrlar bacısı xatirələrində Volfqanqın bu yaşda klavişə ifanı öyrənməyə bağlandığını və günün əksər hissəsini ona sərf ediridi. Bacısı sonralar deyirdi : “ Dörd yaşında atamız onu əyləndirmək naminə ona klavişdə bir-iki parça ifa etməyi öyrədərdi....Körpə bir qədər sonra bu parçaları heç bir səhvə yol vermədən və böyük nəfislikə ifa edirdi. Beş yaşında isə o özü kiçik parçalar bəstələməyə başladı və atamız heyrət içində onları nota yazırdı. Belə erkən əsərli arasıdan Andante (K. 1a) və Allegro C-də (K. 1b) var idi." Morsartın bioqrafı olmuş Meynard Solomon Leopoldun uşaqlarına sidqi-ürəklə dərs verməsinə baxmayaraq balaca Volfqanq atasının öyrətdiklərindən də uzaqlara getməyi qərarlaşdır. Atası körpəsinin inanılmaz fitri istedadına və yaratdığı xarüqələrə sevindiyindən göz yaşlarını saxlaya bilmirdi. Nəticədə körpəsinin ilahi istedadı qarşısında atası bəstəkarlıqdan əl çəkir. Və özünü uşaqlarına dil və digər fənnlərdən dərs deməyə həsr edir.
Motsartın uşaqlıq illərində ailəsi Avropa boyu bir neçə səyahətlər etmiş və Leopold Motsart bu səyahətlərdə uşaqlarının istedadını nümayiş etdirmişdir. İlk belə nümayiş Münhendə Bavariya elektor sarayında baş tutur. Növbəti belə bir konsert həmin il Vyana kral sarayında və Praqada keçirilir. Uzun konsert turları düz üç il yarım davam edir və ailəni Münhen, Manheym, Paris, London, Haaqa və yenidən Paris kral saraylarına gətirib çıxarır. Geriyə Vyanaya döndükdə Motsartlar ailəsi Zürix və Donoşingen şəhərlərindən də keçirlər. Bu səfərlər zamanı Motsart çox sayda musiqiçilərlə görüşür və onların əsərləri ilə tanış olur. Belə yaddaqalan görüşlərdən biri də 1764-64 –c illərdə Londonda olarkan Yohan Xristian Baxla görüş olur. Motsartlar ailəsi 1767-ci ilin sonunda yenidən Vyanaya dönür və 1768-ci ilin dekabr ayına kimi burada qalırlar. Bu səyahət zamanı Motsart çiçək xəstəliyinə tutulur, lakin atası oğlunu peyvend edilməsinə qəti etiraz edir və bunu Allahın iradəsi sayır.
Salzbuqrda keçən bir ildən sonra növbəti illəri İtaliyaya üç səfərə çıxırlar. Lakin bu dəfə yalnız Motsart və atası səfərə yollanırlar. Bu səfərlər 1769-cu ilin dekabrından 1771-ci ilin martına, 1771-ci ilin avqustundan dekabrına qədər və 1771-ci ilin oktyabrından 1773-cü ilin martına qədər davam edir. İtaliyaya ilk səfər ilkin səyahətləri xatırladır. Bu səfərlərdə məqsəd artıq yeniyetməlik illərinə qədəm qoymuş Motsartın ifaçı və sürətlə inkişaf edən bəstəkar kimi qabiliyyət və istedadını nümayiş etdirmək idi. Motsart Boloniyada G.B. Martni ilə görüşür və məşhur Accademia Filormonica-ya uzv qəbul olunur. Romada Sistine kilsəsində Gregorio Aleggrininin Miserere əsərini görür və onu əzbərləyərək sonradan kağız üzrəirnə köçürür. Bununla Motsart Vatikanın ən ciddi şəkildə mühafizə etdiyi əsərinin ilk qeyri-qanuni sürətini çıxarır.[1]
Milanda Motsart Mitridate Re di Ponto adlı operanı müvəffəqiyyətlə nümayiş etdirir. Bu operadan sonra Motsarta opera yazmaq sifarişləri daxil olur və Leopold və Volfqanq iki dəfə Ascano in Alba (1771) və Lucio Silla (1772) operalarını bəstələmək və premyerasında iştirak etmək üçün Salzburdqan Milana qayıdırlar.
İtaliyaya sonuncu səfərinin sonlarında Motsart “ Exsulate jubilate”, K. 165 solo kontatasını yazır.
Motsart 1791-ci ildə imperatorun Praqada tac-qoyma mərasimi ilə bağlı şənliklərdə nümayiş etdirilən La clemenze di Tio operasının 6 sentyabr premyerasında xəstələnir. O bir müddət vəzifəsindən öhdəsindən gələ bilir, Motsart “Sehrli Fleyta” əsərinin sentyabrın 30-u premyerasında dirijorluğun öhdəsindən gəlir. Lakin xəstəliyi noyabrın 20-dən etibarən çiddiləşmyə başlayır. O artıq yataq şəraitinə keçmək məcburiyyəti qarşısında qalır, köpmə, ağrılar və intensiv qusmadan əziyyət çəkir. Motsarta bu vaxt həyat yoldaşı Kontanza, onun kiçik bacısı Sofi və ailə həkimi Tomas Franz Kloze qulluq edirdilər. Onun xəstəliyinin belə ağır bir vəziyyətində Rekviyemi tamamlamağa cəhd etməsi barədə dəlillər var. Lakin onun bunu Süsmeyerə diktə etməsi barədə söhbətlər ağlabatan səslənmir.
Motsart dekabr ayının 5-i gecə saat 1-də keçinir. Onun dəfn mərasimi belə təsvir olunur: “ Motsart dekabrın 7-si o dövr Vyanada mövcüd olan adər-ənənələrinə uyğun olaraq adı bir qəbirdə, şəhər kənarındakı Müqəddəs Mark qəbirstanlığında dəfn olunur.” Sonralar onun dəfnində heç kəsin iştirak etməməsi barədə söylənən fikirlər həmin dövrdə Vyanada dəfn mərasimlərinin keçirilməsi adətlərinə uyğun gəlir. Sonralar Yan (1856-cı ildı) dəfn mərasimində Salyeri, Süsmeyer, van Sviten və digər iki musiqiçinin də iştirak etməsini yazırdı. Dəfn günün qarlı- çovğunlu keşməsi barədə söylənilənlər yalnışdılar,həmin hava gün sakit və mülayim olmuşdur.
Şəkil:Wolfgang Leopold Nannerl.jpgMotsartın ölüm səbəbini yəqinliklə təyin etmək mümkün olmamışdır. Ölümü barədə rəsmi sənədlərdə "hitziges Frieselfieber" ( “kəskin miliar qızdırması”, darı toxumu rəngində səpgiyə işarə olunur) kimi xəstəliyin əlamətləri təsvir olunur. Bu cür təsvir isə xəstəliyin səbəbini müəyyənləşdirməyə kifayət etmir. Səbəb kimi isə onlara fərziyə irəli sürülmüşdür: trixinellyoz, zökəm, zəhərlənmə və nadir böyrək xəstəliyi O dövr təbabətində adi hal almış xəstələrdən çoxlu miqdarda qan alma kimi müalicə metodu da ölümü sürətləndirə biləcək səbəb saylır. Lakin ən geniş qəbul olunmuş versiya Motsartın kəskin revmatizmdən ölməsidir. Belə ki, uşaqlıqda da Motsartın üç-dörd dəfə revmatimzin ağrılarından əziyyıt çəkmişdir. O da məılumdur ki, revmatizm vaxtaşırı təkrarlanan və hər tutmanın özündən sonra şiddətli infeksiya və ürək klapanlarını zədələmək kimi ciddi fəsadlar qoyması məlumdur.
Motsartın sakit dəfn mərasimi onun cəmiyyətədə bəstəkar kimi tutduğu mövqeyi heç cür əks etdirmir. Ölümündən sonra Vyana vı Praqada xatırəsinə həsr olunmuş konsertlər daha böyük kütlələri cəlb etmişdir. Həqiqətən də, ölümündən sonra bəstəkarın şöhrəti görünməmiş bir tərzdə artır. Solomon bu dövrdə Motsartın əsələrinə qarşı “görünməmiş entuziamsmin” baş qaldırdlğını yazır. Bəstəkar haqqında avtobioqrfiyalar ərsəyə gəlir və müəlliflər onun yarımçıq qalmiş əsərlərini tamamlamaq uğrunda rəqabətə girişirlər.
İohann Sebastyan Bax (Johann Sebastian Bach) (21 mart 1685, Eyzenax - 28 iyul 1750, Leypsiq) - dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri.
Mindən artıq musiqi əsəri yaratmışdır. Yaradıcılığında opera istisna olmaqla o dövrün bütün məlum musiqi janrlarına müraciət etmiş, Barokko musiqisinin inkişafına əvəzsiz töhvələr vermişdir. Bax həmçinin çoxsəsli (polifonik) musiqinin "atası" sayılır. Dahi bəstəkarın ölümündən sonra qoyub getdiyi zəngin musiqi irsi bir müddət diqqətdən kənarda qalır. XIX əsrdə digər dahi alman bəstəkarı Mendelson Baxın musiqisini yenidən "kəşf edir".
Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir.
İntellektual zənginliyi, texniki mükəmməlik və bədii gözəlliyi ilə seçilən Bax musiqisindən Brandenburq konsertləri, Goldberq variasiyaları, İngilis süitaları, Fransız süitaları, Klavira üçün partitalar, B minorda Mass, Müqəddəs Matfeyanın ehtirasları, Fuga sənəti, Skripkada solo konsert üçün sonata və partitalar, vialençeldə ifa üçün süitalar, 200-dən artıq kontata və eyni sayda orqan musiqi əsərlərini misal göstərmək olar.
İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyiridlər.
Əmilərindən biri İohann Kristof Bax (1645-1693) xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir. Bax ailəsinin musiqi nailiyyətləri ilə fəxr edir və sonralar (1735-ci ildə) özünün "Musiqiçi Bax ailəsinin mənşəyi" adlı əsərini yazır.
Şəkil:Bach.jpgBaxın anası 1694-cü ildə vəfat edir. Bundan səkkiz ay sonra isə atası da dünyadan köçür. On yaşlı Bax böyük qardaşı, qonşu Ohrdruf şəhərində orqanist kimi çalışan İohann Kristof Baxın (1671-1721) himayəsi altına keçir.[1] Burada Bax qardaşından qiymətli musiqi dərsləri alır. Qardaşı onu Cənubi alman musiqi məktəbinin İohann Paxeıbel və İohann Yakob Forberger kimi simalarının, eləcə də Şimalı alman musiqi məktəbinin, fransız musiqi məktəbinin Jan Baptist Lüli, Luis Merşan, Marin Mare kimi musiqiçilərinin və italyan musiqiçisi Gorolamo Freskobaldi və digərlərinin yaradıcılığı ilə yaxından tanış edir.
14 yaşında Bax məktəb yoldaşı Georq Erdmanla birgə o vaxtlar Müqəddəs Roman imperiyasının ən böyük şəhərlərindən biri olan Hamburq şəhəri yaxınlığındakı Lüneburq şəhərciyində yerləşən nüfuzlu Müqəddəs Mixayel məktəbində təhsil almaq imkanı əldə edir. Burada keçirdiyi iki il Baxın həyatında və musiqi yaradıcılığında dönüş nöqtəsi rolunu oynayır və bəstəkara Avropa musiqisi ənənələri ilə daha yaxından tanış olmaq imkanı verir. Kapella xorunda ifa etməklə yanaşı o məktəb orqanında da ifa edir. Bu məktəbdə oxuduğu illərdə fransız və italyan dilləri, eləcə də din, tarix, coğrafiya, fizika və Latın dillərindən də müfəssəl təhsil alır. O həmçinin Almaniyanın şimal əyalətlərindən diplomatiya, dövlətçilik və hərb sahələri üzrə təhsil almaq üçün gəlmiş zadəgan övladları ilə tanış olur, Lünburq şəhərinin adlı-sanlı orqanistləri, xüsusilə də Georq Böhmlə münasibət qurur, Yohan Adam Rinken və Nikolau kimi o dövrün nüfuzlu musiqiçiləri ilə tanış olmaq məqəsədilə Hamburqa səfərlər edir. Bu musiqiçilərlə olan əlaqələri onun bir bəstəkar kimi püxtələşməsinə əhəmiyyətli təsir göstərir. Ehtimal olunur ki, məhz bu dördə Bax alman orqan musiqiçilərinin, xüsusilə Ditrix Buxtehudun əsərləri və bu musiqiçilərin musiqi nəzəriyyəsinə dair əlyazmaları və traktatları ilə tanış olur.
1723-cü ildə Bax Leypçiqdə Thomaskirche (Müqəddəs Tomas lüteran kilsəsi ) yaxınlığımndakı Thomasschule-nin (Müqəddəs Tomas mıktıbi) kantoru, eləcə də çəhərədki bütün əsas kilsəslərin musiqi direktoru vəzifəsinə təyin olunur. Bu Saxoniyanın aparıcı ticarıt şəhərində kifayıt qədər nüfuzlu vəfizə sayılırıdı. Arnstada və Mülhauzenə qısamüddətli sıfərləri nəzərə alınmasa bu Baxın karyerasında ilk höküməy işi idi. Baxın ömrünün sona qədər 27 illik bu vəzifəsi onu tabeliyind işlədiyi Leypçiq şəhər bəl\diyyəsinin siyası intrialarını görməyə imkan verir. Belə ki, şəhər b\ldiyyəsi iki fraksiyadan ibarət idi: Drezdendə oturan Saksoniya monarxın Güclü Auqustusun qatı tərəfdarları olan mütləqiyyətçilər və şəhərin tacir sinfinin, sənətkarlar və kişik zadəganların marağını qoruyan Şəhər-Dövlət fraksiyası. Bax isə tıyin lunduğu vəzifəyə monarxistlər tərəfindən namizəd kimi irəli sürülmüşdür, xüsusilə də əvvələr Drezden saratyında hüquqçünas içləmiş Leypmiq şəhər meri Gotleb Lanj onun namizədliyini dəstələmişdir. Baxın tıəyinatına razılıq müqabilində anti-mütləqiyyətçilər Müqəddəs Tomas məktəbinəı nızarəti ələ keçirirlər və Baxdan iş şəraiti ilə bağlı bəzi gezəştlərə getmık olunur. Baxmyaraq ki, şəhər bələdiyyəsində Baxın musiq dühasına heş kim şübh etmirdi, bununla belə pzünü şəhər kilsə musiqsinin rəhəbri kimi aparan Baxla özünü mıktəb yiyələri kimi görən və Kantorun musiqi təsirlərini azaltmaq istəyən bələdiyyə arasınad davamla gərginliklər yaşanır. Çəhər bələdiyyəsi Lanjın Baxa ildə 1000 telerlik məvacibini heç vaxt bəyənməmiş, əvəzində Bax bir qədər az əm\khaqqı və məktəb binasınn 1732-ci ildə olduqca baha başa gələn təmirdən çixmiş yaraşıql mənzillərindən biri iləətəmin edilimidçri. Baxın Leypçiqdıki işi Tomasschuledə tələbələrə musiqi ifaçılığından dərs vermək və Leypçiqin Müqədəs Tomas və Müqəddəs Nkolas kilsələrində həftəlik musiqi proqrmalarını tırtib etmıəkdən ibarət idi. Onun işlərinə Latın dilindən də dərs demı daxil olsa da, o bu işi müavininə həvalə etmişdir. Leypçiqdəki ilk altı illik fəaliyyıəti ərzində ərzində beşə qədər illik cantata silsiləsi yazır (bunblardan ikisi ünümüzə glib çıxamışdır). Konsertləşdirlimiş əsərlərinin əksəriyyəti hər bazar İncil dinləmələrinə və Lüteran ilində tutulan oruclara həsr olunur və əksəriyyətində Üachet auf! Ruft uns die Stimme və Nun komm, der Heiden Heiland kimi ənənəvi kilsə himnlərindən ilham məbəyi olaraq istifadı olunurdu. Bu əsərləi məşq və ifa elemək üçün o çox güman ki ya lavesinin arxasında oturur, yada kilsənin qərb qurtaracağındakı alt galireyada xorun önündə, arxası isə konqreqasiyay tərəf durardı. O üzü yuvari çardqda dörd metr hündürlyə qalxan orqana baxardı. Şəhər bələdiyyəsi kilsə xorunu ancaq səkkiz daimi ifaçı ilə təmin edirdi ki, bu Baxla bələdiyyə raasında fikir ayrılğına gətirib çıxarırdı. Əvəzində Bax yerdə qalan 20 ifaçısı universitet və məktəblərədən dəvət etməli olurduş. Orqan və ya klavsin yəqin ki, bəstəkarın ya özü tərəfində, ya başqa musiqiçi və ya böyük oğlanlarından biri – Vilhelm Frideman və ya Karl Filip Emanuel tırəfindən ifa lunrudu.
Bax soprano və alt xor ifaçılarını məktəblərədən, tenor və bass ifaçıları isə ya məktəbdən ya da Leypçiqin başqa yerlərindən dvət edirdi. Toy və yas mərasimlərində ifaları bu qrupların əlavə gəlir mənbləri id, və yəqin ki, bu və ya məktəb tədris məqsədilə o ən azı əksəriyyəti ikili xor üçün olmaqla altı motet (təntənəli kilsə nəğm\ələrini) yazır. Özenün müntəzəm kilsə işləri çərçivəsində o Venetsiya musiqi məktəbinə və Haynrix Şultzun timsalında alman musiqi məktəblərinə məxsus motetlər ifa edir və bu sonrlar onun öz şəxsi motet yazmaq üslubun formalaşdırır. Singet dem Herrn (Tanrıya nəğmə oxu) adlı əsərinin giriş hissısi hər biri dprd hissıədən ibarət olmaqla bəstəkarın iki xor üçün necə zəngin, ehtiraslı əsər yazdlğını göstərir.
1720-ci illərin əksəriyyətini kantatalar yazmağıa sərf edən Bax Leypçiqin iki əsas kilsəsi üçün çox zənin kilsə musiq repertarı toplayır. Bir az sonra bəstəkar litirgiyadan ayrlımaq və yaradıcılıq fəaliyyətini daha da gemişləndirmək barədə düşünür. 1729-cu iliun mart ayında Bax 1701-ci ildə dostu Georq Filip Teleman tərəfindən yaradılmış Collegium Musicum dünyvi musiqlirə ifa edəb ansamlən rəhbəri təyin olnur. Bu o zaman alman şəhərlərində fəal musiqçi gənclər tərəfindən yaraılan msuiq dərnəklərindən biri idi. Bu cəmiyətlər şəhrlərin musuqi həyatında əhəmiyyətli rol oynayıt və tərkibinə ən görkəmli peşıkar msuqiçilıər idaxil edirdi. Kritof Volfun sözlərinə görə Baxın bu cəmiyyətət rəhbər təyin olunması onun Leypçiqin əsas musiqi dairələrindəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəımləndilməsində çox vacib addım idi. Həmin ilin böyük bir hissıəsini Collegium Muusicum Zimmermanların şəhər bazar meydanın bir addımlığındakı Katerin küçəsindəki Kofe evində həft\d\ iki dəfəf olomaqla ikisaatlıq konsertlər vemıklə keçirir. Bu məqsədlə kofe evinin sahibi musiqiçiləri geniş bir zal və bir neçə musiq aləti ilə də təmin edir. Baxın 1730, 40 və 50-cillərdə bəstələdiyi \s\rlrin əks\riyyəti çox güman ki Collegium Musicum üçün yazılmışdır. Bu əsərlə sırasənda Clavier- Übung əsərinin bəzi parçaları və skipka və klavesin üçün kosertlərinin böyük bir qismi aiddir.
Bu dövr ərzində Bax B minorda Massın Kiri (Kyrie) və Gloriya (Gloria) hisələrini yazır və 1733-cü ildə Saksoniya monarxının onu sarayına baş bəstəkar kimi dəvət etməsi ilə nəzticələnək bir əlyazma da təqdim edir. Monarx sarayına saray bəstəkarı təyinatı göprünür onun Leypçiq şəhər çurası ilə daha böyük sövdıləşmə imkanları əldə etmə uğrunda apardığı mübarizıənin bir hossəsi idi. 1737 və 1739-cu illər aralığında Collegium Musicuma Baxın tılısbısi Karl Qothelf Gerlax rəhbərli edir.
1747-ci ildə Bax Prusiiay kralı İİ Frridrixin Potsdamdakı sarayına gedir. Burada kral Bax üçün bir parça ifa edir və Baxı ifa etdiyi parçaya fuga improviza etmək əmri ilə sınağa çəkir. Bax kralın əmrinə cavab olaraq İİ Fridrixin şəxsi fortepianosunda ona üç hissəli fuga improvizə edir , daha sonra yensini ifa edir və bir qədər sonra isə krala "kral parçası" əsasında bəstələdiyi fuga, kanon və triyolardan ibarət "Musiqili Hədiyyə" (Musical Offering) əsərini təqdim edir.Y. S. Baxın əsərləri BWV rəqəmləri ilə indeksləş.dirlib. BWV Bach Werke Verzeichnis (Baxın əsərlərindən ibarət kataloq). Bu kataloq Volfqanq Şmeyder tərəfindən tərtib edilmiş və 1950-ci ildə çap edilmişdir. Kataloq ronoloji deyil, tematik ardıcıllıqla tərtib edilmişdir. BWV 1-224 kantatalar, BWV 225-249 iri-miqyaslı xor əsərləri, BWV 250-524 xor və ilahi musiqilər, BWV 525-748 orqan əsərləri, BWV 772-994 digər klavişli aletlər üçün əsərləri, BWV 995-1000 lütnya musiqi əsərləri, BWV 1001-1040 kamera musiqisi, BWV 1041-1071 orkestra musiqi və BWV 1072-1126 kanon vıə fugalardan ibarətdir.